İstanbulda “Əfqanıstan sülh prosesi” təxirə salındı - Türkiyə XİN-dən açıqlama | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


İstanbulda “Əfqanıstan sülh prosesi” təxirə salındı - Türkiyə XİN-dən açıqlama

Dünya A- A A+

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 24 aprel-4 may tarixləri arasında İstanbulda keçiriləcək “Əfqanıstan sülh prosesi” konfransının təxirə salınması ilə bağlı məlumat yayıb.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, tədbir Əfqanıstanda sülhün bərpası üçün ötən ilin iyul ayında Qətərin paytaxtı Doha şəhərində Türkiyə, Qətər və BMT-nin ortaq təşkilatçılığı ilə başlayan müzakirələri sürətləndirmək, habelə Əfqanıstan İslam Respublikası və “Taliban” nümayəndələri arasında danışıqların aparılması məqsədi ilə planlaşdırılıb.

“Lakin son proseslərlə əlaqədar və tərəflərlə geniş məsləhətləşmələrdən sonra konfransın başqa tarixdə keçirilməsi qərara alınıb. Türkiyə, Qətər və BMT Əfqanıstanda sülhün bərqərar olması üçün səylərini davam etdirəcəklər”, - deyə qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...