İranın dövlət televiziyası İRİB-in yayımladığı video ABŞ-la yeni gərginliyə səbəb olub.
Eurasia Diary xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun da yer alıdığı videogörüntüdə raket zərbəsi ilə ABŞ Konqres binasının dağıdılması simulyasiya edilib.
Məlum görüntülərə ABŞ-dan reaksiya gecikməyib. Respublikaçı senator Pet Tumi “İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ Konqres binasını havaya uçurması ilə bağlı saxta video yayımladı” şərhini bildirib.