Ukrayna Türkiyədən ölümcül silah alır - Kravçuk | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


Ukrayna Türkiyədən ölümcül silah alır - Kravçuk

Dünya A- A A+

Ukrayna ABŞ və digər NATO ölkələri ilə hərbi əməkdaşlığı inkişaf etdirəcək. Kiyev ölümcül silah tədarükünə arxalana bilər.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.

“Blinken təsdiqlədi ki, hərbi-texniki əməkdaşlıq təkcə ABŞ-la inkişaf etməyəcək. Zelenskinin bu yaxınlarda Böyük Britaniya və Türkiyəyə səfərləri zamanı hərbi-texniki əməkdaşlıqla bağlı müqavilə imzalandı. Bizə ölümcül silahların satılmasına qadağa qoyulan vaxtlar keçdi. İndi isə biz bilirik ki, söhbət istənilən silahdan gedir: Uçan aparatlar, tank əleyhinə raketlər... Bütün bunlar alınıb-satılacaq”, - deyə Kravçuk bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...