ABŞ-ın nəhəng neft kəməri operatoru kiberhücuma məruz qalıb | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


ABŞ-ın nəhəng neft kəməri operatoru kiberhücuma məruz qalıb

Dünya A- A A+

ABŞ-ın nəhəng neft kəməri operatoru “Colonial Pipeline” kiberhücuma məruz qalıb.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bu barədə “Prime” agentliyi məlumat yayıb.

Şirkət mayın 7-də kiberhücuma məruz qaldığını öyrənib: “Buna cavab olaraq, təhlükənin qarşısını almaq üçün qabaqlayıcı tədbir kimi bəzi sistemləri söndürmüşük”.

“Colonial Pipeline” nəticədə boru kəməri ilə bağlı bütün əməliyyatların müvəqqəti olaraq dayandığını bildirib.

Şirkətdən qeyd ediblər ki, insident barədə ABŞ rəsmilərinə məlumat verilib və şirkətin kibertəhlükəsizlik üzrə mütəxəssisləri araşdırmalara başlayıblar.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...