Ermənistanda Robert Koçaryan da Nikol Paşinyan kimi etirazlarla qarşılanır. 9 mayda keçirilən tədbirlərə qatılan Koçaryan məğlubiyyətin acısını həzm edə bilməyən erməni xalqının az qala hücumuna məruz qalıb.
Eurasia Diary Konkret.az-a istinadən xəbər verir ki, Yerablur qəbiristanlığını ziyarət edən Robert ölmüş əsgər analarının təpkisinə cavab verə bilmir.
Valideynlər Koçaryanı rəhbərliyi dövründə ölkəni talamaqda, müharibəni uduzmaqda, övladlarının nahaq yerə ölməsində günahlandırırlar.