İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb

Dünya A- A A+

Şərqi Qüdsdə İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalarda yaralanan fələstinlilərin sayı 612 nəfərə çatıb.

Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, bu barədə Al-Quds qəzeti Fələstin Qızıl Aypara cəmiyyətinin nümayəndəsinə istinadən bildirib.

Bildirilib ki, gün ərzində Qüdsün Məbəd Dağı və Köhnə şəhər ərazisində ən az 612 fələstinli yaralanıb.

Qeyd edək ki, qəzetin axşam saatlarında verdiyi məlumata görə, İsrail hüquq-mühafizə orqanları əl-Əqsa məscidində ibadət edənləri zorla qovub. Məlumata əsasən, İsrail polisi onları gözyaşardıcı qaz, rezin güllələr və səs bombası istifadə edərək zorla Əl-Əqsən məscidini tərk etməyə məcbur edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...