Ukrayna Baş naziri Azərbaycana səfər edəcək | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Ukrayna Baş naziri Azərbaycana səfər edəcək

Dünya A- A A+

Ukraynanın Baş naziri Denis Şmıqalın rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun sonlarında Azərbaycana səfəri planlaşdırılır.

Eurasia Diary Azvision.az-a  istinadən xəbər verir ki, bu barədə Azərtac-a Ukrayna Nazirlər Kabinetindəki mənbədən məlumat verilib.

Denis Şmıqalın səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.

Görüşlərdə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılması üçün həyata keçiriləcək layihələr, infrastruktur, informasiya texnologiyaları, kənd təsərrüfatı, energetika sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...