Ermənilər Koçaryanın fotosunu yumurta atəşinə tutdular | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Ermənilər Koçaryanın fotosunu yumurta atəşinə tutdular

Dünya A- A A+

Ermənistanda ölkənin eks-prezidenti Robert Koçaryana qarşı nifrət hissi artmaqdadır.

Eurasia Diary Azvision.az-a istinadən xəbər verir ki, erməni mediası son günlər cəmiyyətdə Koçaryanın aktiv siyasətə qayıtmasını hiddətlə qarşılayırlar. Bu səbəbdəndir ki, bir neçə gün öncə Yerablru panteonuna gələn Robert Koçaryan burada övladının qəbrini ziyarət edən əsgər anaları tərəfindən qovulub:

"Bir neçə gündür ki, insanlar ölkənin hər yerində Robert Koçaryanın kitabının reklamı gedən plakatları qırmızı boya ilə ləkələdilər, polis bunu kimin etdiyini açıqlamadı. Bu gün isə, Koçaryanla bağlı afişaları korlayanlar artıq videogörüntülərə düşüblər. Eks-prezidentə qarşı nifrət aşılayan bu gənclərin üzləri yayımlanır və açıq çəkilişlər aparılır. Xüsusilə, Nikol Paşinyanın tərəfdarlarından biri olan Rüstəm Avaqyanın "Facebook"da canlı yayım açaraq Robert Koçaryanın şəkilinə-afişaya yumurta atması diqqət çəkir”-,deyə məqalədə yazılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...