NATO Rusiya və Belarusa zərbəyə hazırlaşır - Minsk | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


NATO Rusiya və Belarusa zərbəyə hazırlaşır - Minsk

Dünya A- A A+

NATO-nun strateji bombardmançılarının nümayişkəranə uçuşları, böyük ehtimalla, Belarus və Rusiyaya zərbə variantlarını özündə ehtiva edir.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus Baş Qərargahı rəhbərinin birinci müavini İqor Korol deyib.

O bildirib ki, ilin əvvəlindən qonşu ərazilərdə 9 belə uçuş həyata keçirilib:

“Bütün aviasiya arsenalı – strateji kəşfiyyat təyyarələrindən kəşfiyyat-zərbə pilotsuz uçuş aparatlarına kimi, hərəkətə keçib”.

İ.Korol əlavə edib ki, ABŞ və NATO ölkələri mümkün əməliyyatı hücum kimi deyil, böhranlı vəziyyətə müdaxilə kimi dəyərləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...