ABŞ İran və Çinə qarşı bəzi sanksiyaları aradan qaldırdı | Eurasia Diary - ednews.net

1 Avqust,


ABŞ İran və Çinə qarşı bəzi sanksiyaları aradan qaldırdı

Dünya A- A A+

ABŞ İranın üç nəfər keçmiş hökumət üzvü və ölkə neftinin ticarətinə cəlb edilmiş iki Çin şirkəti barədə tətbiq etdiyi sanksiyaları aradan qaldırıb.

Eurasia Diary yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, sanksiyalar tətbiq olunan şəxslərin, eləcə də şirkətlərin davranış və statuslarındakı dəyişiklik səbəbindən aradan qaldırılıb.

“Reuters”in məlumatına görə, ABŞ hökumətindən bildirilib ki, bu qərarın İran nüvə proqramı ilə bağlı aparılan danışıqlarla heç bir əlaqəsi yoxdur.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...