Paşinyan bu şəxsə prezident vəzifəsini verəcəyini vəd edib | Eurasia Diary - ednews.net

25 İyul,


Paşinyan bu şəxsə prezident vəzifəsini verəcəyini vəd edib

Dünya A- A A+

Nikol Paşinyan Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyana prezident vəzifəsini verəcəyini vəd edib.

Eurasia Diary xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

Paşinyanın Dəmirçiyanın qarşısına yalnız onun opponentlərinə qoşulmamaq şərtini qoyduğu bildirilib.

Paşinyanın Dəmirçiyanı Mülki Müqavilə Partiyasının seçki siyahısına daxil etmək üçün razı sala bilmədiyi də iddia edilib:

“O, Dəmirçiyandan radikal müxalifəti, xüsusilə Robert Köçəryanı tənqid etməsini xahiş edib. Şayiələr gəzir ki, Dəmirçiyan, əvvəlki seçkilərdə olduğu kimi, Ermənistan Milli Konqresi Partiyasının siyahısında yer almayacaq. Görünən odur ki, Dəmirçiyan Ter-Petrosyanın yerinə Paşinyanın vədinə ciddi yanaşıb və prezident olmaq təklifini qəbul edib”.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...