Bayden çaşdı: Putin “Klutin”, Suriya Liviya “oldu” | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Bayden çaşdı: Putin “Klutin”, Suriya Liviya “oldu”

Dünya A- A A+

ABŞ Prezidenti Co Bayden G7 Zirvəsində ABŞ və Rusiya arasındakı münasibətlərin yaxşılaşdırılması barədə danışarkən ölkələrin adlarını qarışdırıb.

Eurasia Diary xəbər verir ki, Bayden “Rusiya ilə birlikdə işləyə bilərik. Məsələn, Liviyada” deyib.

Daha sonra jurnalistlər ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivandan Baydenin nə demək istədiyini soruşublar. Sallivan Baydenin əslində Moskvanın və Vaşinqtonun Suriyadakı əməkdaşlığı haqqında danışmaq istədiyini bildirib.

Qeyd edək ki, Bayden bundan öncə Rusiya Prezidenti Vladimir Putinin soyadını “Klutin”a bənzər şəkildə səsləndirmişdi.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...