Türkiyəli mütəxəssislər hesab edirlər ki, Türkiyə və Pakistanın əfqanıstandakı varlığı, İranın bu bölgədəki nüfuzunun qarşısını almağa yönəlib.
Eurasia Diary xəbər verir ki, ekspertlər İranın Əfqanıstan üzərində güclü nüfuza sahib olduğuna inanırlar. Ona görə də, Türkiyə və Pakistanın bölgədəki varlığı İranın təsirini tarazlaşdırmalı, həmçinin Əfqanıstanı özünə tabe etməsinin qarşısını almalıdır.
Ərdoğan: “Türkiyə Talibanla danışıqlar aparır”
“Amerika Birləşmiş Ştatlarında Türkiyənin Əfqanıstandan çıxmasını istəmirlərsə, o zaman ölkəmizə aktiv diplomatik, maddi-texniki və maliyyə dəstəyi göstərməlidirlər. Üstəlik Taliban reallığını inkar etmək olmaz. Talibanla da danışıqlara başlayacağıq. Əfqanıstan xalqının problem içində yaşamamasını istəmirik. Gəlin onlara bu dəstəyi verək” – deyə Ərdoğan vurğulayıb.