Ter-Petrosyan: "Bu hələ harasıdır, səsvermədən sonra güclü toqquşmalar başlayacaq"

Dünya 13:53 16.06.2021

Ermənistanın keçmiş prezidenti və müxalif “Erməni Milli Konqresi” partiyasının lideri Levon Ter-Petrosyan iyunun 20-də səsvermədən sonra güclü toqquşmaların başlayacağını deyir.

Eurasia Diary xəbər verir ki, Ter-Petrosyan bu haqda İctimai televiziyaya müsahibəsində danışıb.

O deyir ki, siyasi qüvvələr və onların tərəfdarları arasında qarşılıqlı təhqirləri, eskalasiyanı dayandırmaq artıq mümkün deyil. “Bunlar hələ harasıdır. Bu, misli görünməmiş kampaniyadır, heç vaxt bu cür nifrət və bu qədər təhqir olmamışdı. Sərt diskussiya olmuşdu, amma bu səviyyədə yox”,-Ter-Petrosyan əsasən Robert Koçaryanla Nikol Paşinyan arasında gedən mübarizəni şərh edərkən bildirib.

Keçmiş prezident əmindir ki, bu eskalasiyanın təsirləri səsvermə günü və ondan sonra özünü göstərəcək. Onun sözlərinə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası və Robert Koçaryanın “Ermənistan” bloku böyük maliyyə, inzibati və kriminal resurslara sahibdirlər. Və onlar həmin resurslardan istifadə edəcəklər.

“Onlar üçün bu mübarizə yaşam uğrunda deyil, ölüm uğrunda mübarizədir. Və səsvermə zamanı bəzi toqquşmalar olacaq, daha sonra səslərin sayılması zamanı. Ondan sonra isə daha güclü toqquşmalar. Onlar artıq böyük mitinqlər haqda elan veriblər”,-Ter-Petrosyan bildirib.

Qeyd edək ki, Paşinyan son günlər öz rəqiblərini “başlarını çəkiclə əzməklə” hədələyib. Belə ki, seçicilərlə görüşlərdən birində tərəfdarlarından biri Paşinyana çəkic verib və həmin çəkiclə seçkidən sonra “korrupsionerlərin başını əzməyi” istəyib. Paşinyan həmin çəkici seçki mitinqlərində nümayiş etdirir və deyir ki, seçkilərdə qalib gələrək xalqdan “dəmir mandat” alacaq və hazırda ona qarşı çıxanların başını çəkiclə əzəcək. Hərçənd o, çəkici birbaşa müxalifətçilərin başına endirmək barədə danışmasa da bunun “qanunun gücünün rəmzi” olaraq istifadə ediləcəyini deyir.

Robert Koçaryandan isə Paşinyanın çəkici haqda soruşanda o deyib ki, əlinə çəkic almağa ehtiyac görmür. Çünki yumruğu kifayət qədər güclüdür. Və Köçəryan deyib ki, onun hökuməti çəkici ancaq inşaat üçün istifadə edəcək.

Son rəy sorğularına görə Koçaryanla Paşinyanın reytinqi təxminən bərabərdir və hesab edilir ki, Paşinyan inzibati resurslardan istifadə edərək onu üstələməyə çalışacaq.

Digər keçmiş prezident Serj Sarkisyan isə Paşinyanın çəkicinə qarşı dəyənəyi işə salacaqlarını deyir. “İndi o, istədiyini eləyir. Görürsünüzmü əlində nə var? Yəqin istəyir, kimsə onu əlindən alsın və başına vursun, onda anlayacaq nə var nə yox”,-Sarkisyan Paşinyanın çəkicini nəzərdə tutaraq deyib.

O, qeyd edib ki, erməni xalqı Paşinyanın sayəsində hər şeyi gördü-minlərlə gəncin ölümünü, müharibədə məğlubiyyəti, indi ancaq vətəndaş müharibəsini görmək qalır.

“Qoy bunu da göstərsin ki, bizim ləyaqətimizi əlimizdən tam alsın”,-Sarkisyan deyib və əlavə edib ki, Paşinyana bunu həyata keçirməyə imkan verməmək üçün hazır olmaq , dəyənəyi hazır saxlamaq lazımdır.

“Kim bizim üstümüzə çəkiclə gəlsə onun başına dəyənək endirəcəyik. Başqa yolu yoxdur, ayrı nə edə bilərik”,-Sarkisyan seçicilərlə görüşündə bildirib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Hamısı