“ABŞ-ın yeni administrasiyası bu regiona qarşı öz yanaşmalarını köklü şəkildə yenidən nəzərdən keçirmək mərhələsindədir”.
Eurasia Diary xəbər verir ki, bunu rus KİV-lərindən birinə verdiyi müsahibəsində Ermənistanın ikinci prezidenti, “Hayastan” ittifaqının lideri, Ermənistanın Baş naziri vəzifəsinə namizəd Robert Köçəryan deyib.
“Mən yalnız təxmin edə bilərəm, çünki tam məlumata sahib deyiləm. Düşünürəm ki, ABŞ-ın yeni administrasiyası bu regiona qarşı öz yanaşmalarının hazırlanması mərhələsindədir. Əlbəttə, burada geosiyasi maraqlar toqquşur”, - deyə o bildirib.