Ermənistanın Konstitusiyasına görə buraxılmış, amma fəaliyyətdə olan Milli Məclisi kvorum (yetərsay) olmadığı üçün yenə iclas keçirə bilməyib.
Eurasia Diary xəbər verir ki, bu barədə "News.am" bildirir. Parlamentə 132 deputatdan yalnız 10-u gəlib.
Xatırladaq ki, parlamentin iclası ötən gün də kvorum olmadığı üçün baş tutmayıb. Onda iclasa yalnız 12 millət vəkili gəlib. Qeyd edilir ki, parlamentin gündəliyində ümumilikdə 31 məsələ var.