Putin Baydenə rəqib deyil, təhlükədir - Rus ekspert | Eurasia Diary - ednews.net

29 İyul, Cümə axşamı


Putin Baydenə rəqib deyil, təhlükədir - Rus ekspert

Dünya A- A A+

Sammit və ona qədərki dinamika göstərdi ki, Rusiya amerikan siyasətinin dəyişikliklərindən asılıdır, lakin özünün müqavimətini də qorumaqdadır.

Eurasia Diary xəbər verir ki, bu sözləri rusiyalı politoloq Dmitri Mixayliçenko Putin-Bayden görüşünü şərh edərkən deyib.

“Putin Rusiyası Co Bayden və Kamala Harris administrasiyası üçün uzunvədəli rəqibdən daha çox təhdiddir. Strateji rəqib isə Çindir. Bayden seçkiləri antirusiya ritorikası hesabına qazanıb. Bu dövr daxili siyasət, Donald Tramp üzərində qələbə üçün lazım idi. Lakin Rusiya ilə münasibətlərə ciddi zərbə vurdu. İndi isə bu münasibətlərin bərpasının zamanı çatdı.

Demokratlar və Vladimir Putini sevməyən eks-prezident Barak Obama Rusiyaya anidən hücum etməyi gözə ala bilməzlər. Çünki belə addım Rusiya-Çin ittifaqının güclənməsi üçün bir platforma yaradır və bu, ABŞ-da geosiyasi səhv olaraq qəbul edilə bilər”, - deyə ekspert bildirib.

Qeyd edək ki, ötən gün Bayden və Putin arasında görüş keçirilib.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...