Qərb ölkələri Donbas böhranının həllində dəstəyi dayandırsalar, Kiyev problemi təkbaşına həll etmək üçün Avropada ən güclü ordusunu qurmalıdır.
Eurasia Diary xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.
"İnsanlar alim olmaq və ölkələrini texnoloji olaraq inkişaf etdirmək əvəzinə ailələrini və evlərini necə qorumaq barədə düşünəcəklər", - Zelenski vurğulayıb.
Ukrayna lideri qeyd edib ki, Avropa ölkələri vəziyyətə müdaxilə etməsə, sərhədləri yaxınlığında yeni böhranlar baş verəcək.