Rusiyada təyyarə qəzasında ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB | Eurasia Diary - ednews.net

5 Avqust, Cümə axşamı


Rusiyada təyyarə qəzasında ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB

Dünya A- A A+

Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 9-a çatıb.

Eurasia Diary-nin TASS-a istinadən verdiyi xəbərə görə, həlak olanlardan ikisi ekipaj üzvüdür.

***

Rusiyada "L-410" təyyarəsinin qəzaya uğramasının səbəbi məlum olub.

Eurasia Diary-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, təyyarənin mühərriklərindən birində problem yaranıb.

Nəticədə təyyarə eniş edən zaman meşə massivi ilə toqquşub.

***

Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.

Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə dörd nəfər ölüb, onlardan ikisi pilotdur.

Hadisə zamanı, həmçinin 15 nəfər xəsarət alıb.

Məlumata görə, bu, Promışlennovski rayonunun Juravlevo kəndi ərazisində baş verib.

Təcili tibbi yardım xidmətinin sonradan verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

 

 

 

 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...