Paşinyan proqnoz verdi - Ermənistanda sabitlik pozulmayacaq | Eurasia Diary - ednews.net

5 Avqust, Cümə axşamı


Paşinyan proqnoz verdi - Ermənistanda sabitlik pozulmayacaq

Dünya A- A A+

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan 20 iyunda keçiriləcək erkən parlament seçkilərindən sonra ölkədə sabitliyin pozulmayacağını düşünür.

Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bunu Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.

“Seçkidən sonra heç bir hadisə olmayacaq. Seçkilərin saxtalaşdırılmadığı ölkələrdə seçkisonrası gərginlik baş vermir. Ancaq ölkədə vətəndaş müharibəsini istəyən bəzi qüvvələr var. Bunlar o qüvvələrdir ki, hakimiyyətləri dövründə 27 oktyabrda (1999-cu ilin bu günü parlamentdə terror aktı törədilib) və 1 martda (2008-ci ilin bu günü polislə qarşıdurma baş verib, ölənlər olub) belə hadisələr baş verib.

Paşinyan, həmçinin tərəfdarlarının iştirakı ilə 21 iyun tarixində mitinq olacağını açıqlayıb.

Ermənistanda növbədənkənar parlament seçkiləri ölkədəki uzun sürən daxili siyasi böhrandan sonra iyunun 20-nə təyin edilib.

 

 

 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...