BMT Baş Assambleyası təşkilatın hazırki Baş katibi Antoniu Quterreşin ikinci müddətə seçilməsi barədə qərar qəbul edib. TASS xəbər verir ki, iclas zamanı müvafiq qərar Baş Assambleyanın 75-ci sessiyasının sədri Volkan Bozkır tərəfindən elan edilib. Daha sonra A.Quterreşin andiçmə mərasimi keçirilib. Beləliklə də, BMT-nin hazırki rəhbərinin səlahiyyət müddəti 2026-cı ilin dekabrın 31-dək uzadılıb.
Qeyd edək ki, A.Quterreş BMT Baş katibi vəzifəsinə yeganə namizəd olub.