ABŞ bütün sanksiyaları ləğv etməyə borcludur - İranın yeni Prezidenti | Eurasia Diary - ednews.net

26 İyul, Bazar ertəsi


ABŞ bütün sanksiyaları ləğv etməyə borcludur - İranın yeni Prezidenti

Dünya A- A A+

“İran xalqının mesajı dəyişiklik, korrupsiya, yoxsulluq, ayrı-seçkiliklə mübarizə və ədalətin icra olunması ilə bağlıdır”.

Eurasia Diary xəbər verir ki, bunu İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisi bu gün keçirdiyi ilk mətbuat konfransında deyib.

O bildirib ki, koronavirus pandemiyasına baxmayaraq, xalqın seçkilərdə aktiv iştirakı düşmən tərəfindən yaradılmış psixoloji müharibəyə və ölkə daxilində bəzilərinin iqtisadi vəziyyətdən şikayətinə cavab idi.

Hökumətin xarici siyasətindən danışan yeni Prezident bildirib ki, xarici siyasət Hərtərəfli Birgə Fəaliyyət Planı ilə başlamır və onunla da bitməyəcək: “ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planını pozub və bu plana əsasən bütün sanksiyaları ləğv etməyə borcludur”.

İ. Rəisi bəzi Qərb ölkələrinin ona qarşı irəli sürdüyü ittihamlara da toxunub, qeyd edib ki, insan haqlarını həmişə diqqətdə saxlayıb: “Onlar məni ittiham edirlər, mən də onlara deyirəm ki, bu gün biz iddiaçıyıq. Hücumlar qarşısında duran prokuror və hakim alqışlanmalıdır. Mən də xalqın mənafeyini müdafiə etmişəm”.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...