Ermənistandakı növbədənkənar parlament seçkilərinin respublikanın inkişafına və Moskva ilə əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəyinə ümid edirik.
Eurasia Diary xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Ümid edirik ki, seçki prosesinin nəticələri rəsmiləşəndən sonra Ermənistanın mütərəqqi inkişafına, Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə, eləcə də bütün Zaqafqaziya bölgəsində, ilk növbədə, sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına kömək edəcək", - Zaxarova bildirib.
XİN rəsmisi seçki nəticələrinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının tam icrasına da kömək edəcəyinə inandığını söyləyib.