Sanksiyalar, təxribatlar... Sadəcə soruşmaq istəyirəm: bunu bilərəkdən, sərhədlərin möhkəmliyini yoxlamaq üçün edirsiniz? Gəlin, cəhd edək.
Eurasia Diary xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Qərb və sərhəd ölkələrin xaqlarına müraciətində deyib.
"Dinləyin, tarix sizə həqiqətən heç nə öyrətməyib? Baxın, 80 il əvvəl olduğu kimi, ilk növbədə bölgə qlobal bir qarşıdurmanın astanasındadır. Qonşu ölkələrimizin xalqlarına - polşalılara, litvalılara, latviyalılara, ukraynalılara müraciət edirəm: gec olmadan oyanın. Ağlını, reallıq hissini itirmiş bu siyasətçiləri görün", - Lukaşenko qeyd edib.