ABŞ Əfqanıstandan qoşunlarını çıxartdıqdan sonra bu ölkədə 650 amerikalı əsgər saxlamaq niyyətindədir.
Eurasia Diary xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” agentliyi öz mənbələrinə istinadən yayıb.
Onların diplomatların təhlükəsizliyinin təminatı ilə məşğul olacağı bildirilib.
Daha bir neçə yüz amerikalı hərbçinin Türkiyə hərbçilərinə yardım etməsi üçün sentyabra qədər Kabil hava limanında qalacağı vurğulanıb.