ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın şimal-şərqindəki Hasakah vilayətində 400 YPG/PKK terrorçusuna silahlı təlim keçir.
Eurasia Diary xəbər verir ki, 3 aylıq təlim zamanı yüngül, orta və ağır silahların istifadəsi, kəndlərə basqın kəşfiyyat üsulları terrorçulara izah edilib.
Məlumata görə, koalisiya qüvvələrinin təlimi Hasakidəki Əbdüləziz dağında olub.
Silahlı təlimlərini bitirən terrorçuların YPG/PKK sıralarına qatılacağı bildirilib.
Görüntülərdə Ermənistanın bayrağının da olması diqqət çəkib. Bildirilir ki, həmin qruplar Ermənistana aid çoxsaylı terror təşkilatlarından biridir.
Hazırda Suriyada ABŞ-ın himayəsi altında fəaliyyət göstərən Fransız əsgərlər də tez-tez terrorçulara topçu təlimləri verirlər.