“Şimal axını-2” - ABŞ və AFR ortaq fikrə gəliblər | Eurasia Diary - ednews.net

16 Sentyabr, Cümə axşamı


“Şimal axını-2” - ABŞ və AFR ortaq fikrə gəliblər

Dünya A- A A+

Rusiyanın “Şimal axını-2” qaz kəməri ilə əlaqədar ABŞ və AFR arasında mövcud fikir ayrılıqları aradan qaldırılıb.

Eurasia Diary xəbər verir ki, tərəflər arasında əldə edilmiş razılaşmaya görə, Vaşinqton “Nord Stream-2 AG” şirkətinə və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyəcək. Berlin isə öz növbəsində Ukraynada energetikanın inkişafına kömək etməyi öhdəyə götürüb. Nəhayət, hər iki tərəf qazın Ukrayna ərazisindən keçməklə daşınmasına təminat vermək məqsədilə “Qazprom” ilə Ukrayna arasında kompromis əldə edilməsi prosesi üzərində işləyəcək.

Xatırladaq ki, “Nord Stream-2 AG” şirkəti “Şimal axını-2” kəmərinin sahibidir. Ukrayna isə ərazisindən Rusiya qazının nəql edilməsi marşrutu keçən digər Şərqi Avropa ölkələri ilə birlikdə hələ də “Şimal axını-2” layihəsini bağlamağa çağırır.

AzərTac

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...