204 minlik rəsm əsərini oğurlayan Bakı ermənisi tutuldu | Eurasia Diary - ednews.net

16 Sentyabr, Cümə axşamı


204 minlik rəsm əsərini oğurlayan Bakı ermənisi tutuldu

Dünya A- A A+

Rusiyanın Sankt-Peterburq şəhərində 11 il bundan əvvəl baş vermiş cinayətin üstü açılıb.

Məlumata görə, 53 yaşlı bankir, “Nə? Harada? Nə zaman?”yarışmasının keçmiş sponsoru Aşot Xaçiyan dələduzluqda ittiham olunaraq saxlanılıb.

Yerli KİV-də yayılan xəbərə əsasən, Xaçiyan 2010-cu ildə aldatma yolu ilə Peterburq ofisinin binasından Beqqrovun “Peterburqun qış mənzərəsi” adlı rəsm əsərini oğurlayıb. Sənət əsərinin qiyməti təxminən 204 min dollardır.

Xaçiyanın barəsində 2010-cu ildən axtarış elan olunmuşdu. 11 ildən sonra keçirilən əməliyyat nəticəsində onu Moskvada ələ keçiriblər. Faktla bağlı cinayət işi açılıb. Hazırda istintaq tədbirləri davam edir.

Qeyd edək ki, cinayətdə şübhəli bilinən Aşot Xaçiyanın Bakı ermənisi olduğu deyilir.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...