İsrail və Fransanın birgə yaratdığı şirkət Rumıniyada hərbi PUA-lar istehsal edəcək | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

İsrail və Fransanın birgə yaratdığı şirkət Rumıniyada hərbi PUA-lar istehsal edəcək

Dünya A- A A+

İsrailin “Elbit Systems” və Fransanın “Thales” şirkətinin Britaniyada PUA istehsal etmək üçün yaratdığı “U-TacS” kampaniyası ilə Rumıniyanın “Aerostar” şirkəti arasında müqavilə imzalanıb.

Eurasia Diary xəbər verir ki, bu barədə “Janes” nəşri yazıb.

Müqaviləyə əsasən Rumıniyada tərəflər “Watchkeeper X” PUA-ları istehsal edəcək. İstehsal prosesi üçün ölkənin Lester şəhərində xüsusi fabrik yaradılır.

2015-ci ildə “Thales” tərəfindən təqdim olunan “Watchkeeper X” kameralar, radar və radioelektron müşahidə cihazları kimi müxtəlif avadanlıqlara malikdir. PUA-lar gündüz/gecə naviqasiya kamerası, elektro-optik və infraqırmızı avadanlıq kimi optik sensorlar, yerüstü və dənizdə müşahidə radarları, rabitə kəşfiyyat sistemləri (COMMINT) və kriptoqrafik elektron dəstək tədbirləri ilə təchiz oluna bilər.

İraq və Əfqanıstanda istifadə edilən “Watchkeeper X” taktiki PUA-dır. 5000 metr hündürlükdə uça bilən PUA-lar iki saat havada qala bilir və saatda 85 kilometr sürətə malikdir.

Ordu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...