Onu Qərb maliyyələşdirir, status da verib - Zaxarova | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Onu Qərb maliyyələşdirir, status da verib - Zaxarova

Dünya A- A A+

Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın fəaliyyəti tamamilə Qərb ölkələri tərəfindən maliyyələşdirilir.

Eurasia Diary xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova çıxış edib.

Tixanovskayanın A-dan Z-yə qədər maliyyələşdiyini söyləyən Zaxarova onun peşəkar siyasətçi və politoloq olmadığını, lakin Qərb ölkələrinin diqqəti ilə siyasi fəaliyyət göstərdiyini deyib:

"Tixanovskayaya bu qədər böyük diqqət, bu qədər böyük maliyyə... Mətbuat konfranslarına və görüşlərə nə qədər pul xərcləndiyini təsəvvür belə edə bilmirəm".

Diplomatın fikrincə, Qərb Tixanovskayaya hətta “xüsusi status” verib və o, dövlət və hökumət başçıları tərəfindən qəbul edilir.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...