Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Arşak Karapetyan bu gün səhər Moskvaya uçub.
Eurasia Diary xəbər verir ki, bu barədə "168.am" qəzeti məlumat yayıb.
Məlumata görə, səfər zamanı Karapetyan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.
Daha əvvəl 26 iyulda A. Karapetyan və S. Şoyqu arasında telefon danışığı olub. Onlar regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.