“Taliban” Əfqanıstan hökumətinə 34 milyon dollar ziyan vurub | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

“Taliban” Əfqanıstan hökumətinə 34 milyon dollar ziyan vurub

Dünya A- A A+

“Taliban” qruplaşmasının bir ay ərzində sərhəd-keçid məntəqələrini ələ keçirməsi nəticəsində Əfqanıstan hakimiyyəti təxminən 34 milyon dollar itirib”.

Eurasia Diary “Report”-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Maliyyə Nazirliyindən bildiriblər.

Onun sözlərinə görə, ticarət məntəqələrinin “Taliban” tərəfindən ələ keçirilməsi hökumətə ziyan vurur. Bildirilib ki, qruplaşma tərəfindən ələ keçirilən 7 belə məntəqə fəaliyyət göstərmir: “Ona görə də yayda nazirliyin gəliri 34 milyon dollar azalıb”.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başlayandan sonra “Taliban” qruplaşması fəallaşıb. Qruplaşma ölkənin 80 faizinə nəzarət etdiyini də iddia edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...