Somalidə “Əş-Şəbab” terrorçularının Moqadişoda otelə hücumu nəticəsində 15 nəfər ölüb, 25 nəfər yaralanıb.
"Eurasia Diary" portalı "Reuters"ə istinadən xəbər verir ki, ölən və yaralananların əksəriyyəti təsadüfən yoldan keçən şəxslər, yaxınlıqdakı dükanların və yanacaq doldurma məntəqəsinin müştəriləri olub.
Silahlılar arasında atışma olub. Terrorçular tərəfindən ölən və yaralananlar barədə hələlik tam məlumat verilmir.