ABŞ və Fransanın Ermənistanda hərbi iştirakı haqda müzakirələr

Dünya 19:17 27.07.2021

Ermənistanın son növbədənkənar parlament seçkilərindən sonra xarici siyasətini dəyişərək daha çox qərbyönümlü siyasət aparmağa başladığı haqda xəbərlər və ekspert dəyərləndirmələri dərc olunmaqdadır.

Eurasia Diary Virtualaz.org-a istinadən xəbər verir ki, Yerevandakı “Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan Ermənistanı Qərblə hərbi əməkdaşlığı genişləndirməyə çağırıb.

Onun fikrincə, Azərbaycan-Ermənistan sərhədində yaranmış mövcud vəziyyətə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin, ilk növbədə də Rusiyanın “hərəkətsizliyinə” görə, Qərb ölkələri ilə hərbi əməkdaşlıq genişləndirilməlidir.

“Bu, yeganə çıxış yoludur, ona görə də bunu həyata keçirmək üçün bütün imkanlara əl atmalıyıq. Aydındır ki, Rusiyanın maraqları indi Türkiyə və Azərbaycanın maraqları ilə üst-üstə düşür. Onlar bunu bir neçə dəfə, müxtəlif səviyyələrdə də deyiblər. Nəticə olaraq, ortaq maraqlar, ortaq müttəfiq münasibətləri yoxdursa, münasibətlər formal xarakter daşıyır. Məsələn, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətik. Hansı ki,  təşkilatın nizamnaməsinin birinci maddəsində müttəfiq ölkəyə zərər verə biləcək hər hansı hərəkət qadağan edilir. Amma Rusiya daim silah sataraq Azərbaycana kömək edirdi. Ona görə də hesab edirəm ki, biz NATO üzvü olmayan müttəfiq kimi mütləq ABŞ və Fransa ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə çalışmalıyıq və əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük buna mane olsa, onda biz bu təşkilatdan çıxmalıyıq,-deyə Papyan bildirib.

Xatırladaq ki, Fransanın Ermənistandakı səfiri Jonatan Lakot ötən həftə “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində ölkəsinin Ermənistanla hərbi sahədə əməkdaşlığa hazır olduğunu demişdi.

Amma siyasi təhlilçi, Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan hesab edir ki, Qərb ordusunun bu regionda iştirakı ağılabatan deyil. O, hesab edir ki, Qərb ölkələrinin Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı öz üzərlərinə hansısa ciddi öhdəlik götürmələri mümkün görünmür.

“Üçüncü ölkələrin burda birbaşa iştirakının elə bir ciddi perspektivi yoxdur. Üçüncü ölkə deyəndə, mən regional gücləri, yəni Rusiya ilə Türkiyəni nəzərdə tutmuram”,-deyə o bildirib.

İsgəndəryan deyib ki, Qərb ölkələri üçün vahid təhlükəsizlik sistemi mövcuddur-NATO. NATO-nu isə bölgədə Türkiyə təmsil edir.

Xatırladaq ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti  bu günlərdə Paşinyanın xarici siyasət kursunu dəyişdiyini, hökumətdə aparıcı vəzifələrə Qərbə bağlı adamları təyin etdiyini yazmışdı.Bildirilirdi ki, Rusiya dairələri də Paşinyanın planlarından xəbərdardır və narazıdır. Ermənistandakı Rusiya hərbçiləri isə deyirlər ki, hökumət Azərbaycanla sərhəddə təhlükəsizliyin təmin edilməsində rusiyalı hərbçilərin bacarıqsız olduğunu cəmiyyətə yeritmək üçün əlindən gələni edir...

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO

Xəbər xətti

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Hamısı