Vaşinqton Müstəqil Dövlət Birliyi ölkələrinə təzyiqlər edərək, onların Rusiya ilə əlaqələrini qoparmağa çalışır.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Rəşid Nurqaliyev deyib.
“ABŞ Avropa Birliyi üzvləri ilə koordinasiyalı şəkildə MDB üzvlərinə təzyiqlərini artırmaq, xalqlarımız arasında əsrlərlə formalaşmış əlaqələri parçalamaq, ümumi qələbə tariximizi saxtalaşdırmaq cəhdlərini dayandırmır. Bu parçalanmanın necə təhlükəli olduğunu Gürcüstan və Ukrayna nümunəsində görürük. Bu ölkələrdə qeyri-stabil siyasi və sosial vəziyyət, əhalinin yaşayış səviyyəsinin azalması müşahidə edilir”, – deyə o bildirib.