Bayden ehtiyat edir - Rusiyaya sərt sanksiya tətbiq edilsə... | Eurasia Diary - ednews.net

17 Sentyabr, Cümə

Bayden ehtiyat edir - Rusiyaya sərt sanksiya tətbiq edilsə...

Dünya A- A A+
ABŞ Prezident Administrasiyası Rusiya Prezidenti Vladimir Putin və yaxın ətrafına sanksiya tətbiq etməkdən qaçır.
 
Eurasia Diary xəbər verir ki, bu məlumatı “Politiko” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Baydenin müşavirləri Rusiya hökumətinə sanksiyaların tətbiqinin lazım olan nəticələrə gətirib çıxarmayacağını düşünürlər. Onların fikrincə, oliqarxlara qarşı sanksiyalar onların dövlətdən asılılığını yalnız gücləndirəcək:
 
“ABŞ ehtiyat edir ki, həddən artıq sərt tədbirlər Rusiyada böhrana gətirib çıxara bilər. Soyuq müharibədən sonrakı xaosu xatırlayan amerikalı vəzifəlilər hadisələrin belə inkişaf edəcəyi halda Rusiyanın nüvə silahlarının etibarsız əllərə keçəcəyindən narahatdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...