Türkiyə tərəfindən istehsal olunan Mina Təmizləmə Təchizatı (MEMATT) artıq Azərbaycandan sonra Burkina-Fasoya ixrac olunur.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi Tvitter hesabında açıqlama yayıb.
“ASFAT tərəfindən istehsal olunan Mina Təmizləmə Təchizatı (MEMATT) artıq Azərbaycandan sonra Burkina-Fasoya ixrac olunur. ASFAT bölgəyə ilk müdafiə sənayesi ixracatını reallaşdırdı. Burkina-Faso xalqına uğurlar”,- açıqlamada qeyd olunub.