İsrailin “NSO Qrup” şirkəti dünyanın bir çox hökumətinin “Pegasus” casus proqramına girişini bloklayıb.
EDNews.net Unikal.org-a istinadən xəbər verir ki, bu məlumatı Amerikanın NPR şəbəkəsi yayıb.
Məlumata görə, NSO bu addımı “Pegasus”la bağlı beynəlxalq skandala düşdükdən sonra atıb. Bununla belə hansı hökumətlərin “Pegasus”a girişinin məhdudlaşdırıldığı açıqlanmayıb.