“Amerika mediası insanlara keçən ilin payızında həqiqətən nə baş verdiyini görməyə imkan vermir”
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ötənilki prezident seçkilərində məğlubiyyəti ilə hələ də barışa bilmir.
EDNews.net Moderator.az-a istinadla bildirir ki, Ağ evin keçmiş rəhbəri bazar günü ötən ilin payızında keçirilən səsvermə zamanı demokratlar tərəfindən yol verilən çoxsaylı qanun pozuntularına dair yeni sübutları ictimaiyyətə təqdim edəcəyinə söz verib.
"Seçkilərin ölkəmizin əvvəllər görmədiyi saxtakarlıq və qanun pozuntuları ilə keçirildiyinə dair əhəmiyyətli və şübhə doğurmayan dəlillər var. Bunlardan çoxu artıq ictimaiyyətə məlumdu və yaxın gələcəkdə daha çox şey üzə çıxacaq", - deyə respublikaçıların lideri bildirib.
Trampın sözlərinə görə, Amerikanın aparıcı mediası keçən ilin noyabrında insanların həqiqətən nə baş verdiyini görməməsi və oxumaması üçün əllərindən gələni edirlər. TASS xəbər verir ki, o, ABŞ qanunvericilərini gələcəkdə belə saxta seçkilərin qarşısını almaq üçün səsvermə prosedurunu dəyişməyə çağırıb.
Xatırladaq ki, seçkilərdən sonra “New York Times”ın müxbiri Meggi Haberman Donald Trampın avqust ayına qədər həqiqi prezident olaraq Ağ Evə qayıdacağına söz verdiyi barədə məlumata malik olduğunu açıqlamışdı.