Litvada mühacir düşərgəsində qiyam - VİDEO | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Litvada mühacir düşərgəsində qiyam - VİDEO

Dünya A- A A+

Bir neçə yüz qanunsuz miqrantın yerləşdiyi Litvanın Rudninkayedəki poliqonunda qiyam baş verib.

EDNews.net Moderator.az-a istinadən bildirir ki, bu barədə Delfi.lt saytı məlumat verir.

Saytın yazdığına görə, saxlanma şəraitinə qarşı qiyamda onlarla kişi iştirak edib. Bundan əlavə, onlardan biri hasarın üstünə çıxaraq yaxınlaşan media nümayəndələrinə verilən yeməkdən və qəribə rəngli suyu içməkdən imtina etdiklərini qışqırıb.

Həmçinin miqrant qiyamçıların düşərgədən azad edilməsi tələbini səsləndirib. Jurnalistlərlə danışan adam əlavə edib ki, onlar daha iki-üç gün burada qalmağa hazırdırlar ki, Avropa İttifaqı onların heyvan kimi saxlanıldığını görsün. "Daha yaxşı həyat üçün ölkəmi tərk etdim. Ancaq mənim ölkəm buradakı şəraitdən daha yaxşıdır", - deyə o bildirib.

Bundan sonra hasara yaxınlaşan təhlükəsizlik xidmətinin əməkdaşları su şırnağı və gözyaşardıcı qazdan istifadə edərək miqrantları oradan uzaqlaşdırıblar. Sonra zabitlər qapıları açıb içəri girib, nəticədə düşərgə sakinlərindən birinə həkim köməyi göstərilib. 

Sonradan Daxili İşlər Nazirliyinin verdiyi məlumatda miqrantların kortəbii mitinqinə çadırları su basmasının səbəb olduğu bildirilib. Nəşr qeyd edir ki, bu düşərgədə 800 miqrantın məskunlaşması planlaşdırılır. Hazırda orada 380 nəfər var.

Xatırladaq ki, iyul ayının sonlarında Litvanın Devenişkes şəhərinin hökumət binası qarşısında yerli sakinlər qanunsuz miqrantlar üçün düşərgə təşkil edilməsinə etiraz olaraq aksiya keçirmişdilər. Yerli sakinlər məktəb yaxınlığında miqrantlar üçün düşərgə təşkil etmək planına qarşı çıxmaqla diqqəti cəlb etmişdilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...