Afina geri çəkildi - Türkiyəyə yardım etməyəcəyik! | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Afina geri çəkildi - Türkiyəyə yardım etməyəcəyik!

Dünya A- A A+

Yunanıstan Türkiyəyə meşə yanğınları ilə əlaqədar daha öncə söz verdiyi yardımı edə bilməyəcək.

EDNews.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyindən Türkiyənin Afinadakı səfirliyinə bildirilib.

Vurğulanıb ki, Afina Yunanıstanda da davam edən meşə yanğınları səbəbindən Türkiyəyə yardım edə bilməyəcək.

Daha öncə isə Yunanıstan tərəfi yardım təklif etdiklərini, ancaq Türkiyənin müsbət cavab vermədiyi üçün geri çəkildiklərini bəyan etmişdi. Türkiyə rəsmiləri isə bu açıqlamanı yalanlamışdı.

Qeyd edək ki, iyulun 29-da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edən Yunanıstan XİN rəhbəri Nikos Dendias yanğınla mübarizədə yardıma hər an hazır olduqlarını söyləmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...