Ermənistan XİN başçısı vəzifəsinə namizədin adı açıqlanıb | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Ermənistan XİN başçısı vəzifəsinə namizədin adı açıqlanıb

Dünya A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə Prezidenti Armen Sarkisyana xarici işlər naziri vəzifəsinə Mqer Qriqoryanın təyin olunmasını təklif edib.

EDNews.net “Report”-a istinadən xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, Nikol Paşinyan səhiyyə naziri postuna Anait Avanesyan, fövqəladə hallar naziri vəzifəsinə Andranik Piloyan, təhsil, elm, mədəniyyət və idman naziri postuna Vaqram Dumanyan, iqtisadiyyat naziri vəzifəsinə isə Vaqan Kerobyanın təyin olunmasını təklif edib.

Bundan başqa, Nikol Paşinyan ədliyyə naziri vəzifəsinə Karen Andreasyan, maliyyə naziri postuna isə Tiqran Xaçatryanın təyinatı ilə bağlı təklif irəli sürüb.

Ermənistan Prezident Administrasiyasından bildirilib ki, xarici işlər nazirinin təyinatı ilə bağlı təklif aparata daxil olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...