ABŞ Ordusu yeni aktiv qoruma sistemi ilə təchiz edilmiş “Abrams” tankını təqdim edəcək - ednews.net

7 Dekabr, Çərşənbə axşamı

ABŞ Ordusu yeni aktiv qoruma sistemi ilə təchiz edilmiş “Abrams” tankını təqdim edəcək

Dünya A- A A+

ABŞ Ordusu İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilən “Trophy” aktiv qoruma sistemi ilə təchiz edilmiş “Abrams” əsas döyüş tankının inkişaf etmiş variantını nümayiş etdirəcək.

EDNews.net Ordu.az-a istinadən xəbər verir ki, tanklar Polşada keçirilən 29-cu Beynəlxalq Müdafiə Sənayesi Sərgisində təqdim ediləcək.

Aktiv qoruma sistemi tank əleyhinə raketlərin hədəfə kilidlənməsini və məhv etməsinin qarşısını almaq üçün hazırlanmış sistemdir. Sistem platformaların özlərinin və ekipajının sağ qalmasını artıracaq bir sıra tədbirləri özündə birləşdirir.

İsrail istehsalı olan “Trophy” sistemi qorunan vasitənin ətrafını yarımkürə formasında əhatə edən radar sensorlarından ibarətdir.

RPG kimi bir təhlükə aşkar edildikdən sonra, “Trophy” sistemi texnikaya dəyməzdən əvvəl sursatı dayandırmaq üçün adekvat tədbirə başlayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...