ABŞ-dan Kabildəki uçuşlarla bağlı açıqlama | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

ABŞ-dan Kabildəki uçuşlarla bağlı açıqlama

Dünya A- A A+

“Kabil Hava limanından çarter uçuşları ilə yanaşı, normal uçuşların da başlaması üçün Qətər və Türkiyə əmək sərf edir”.

EDNews.net “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays deyib.

O bildirib ki Həmid Qərzai Beynəlxalq Hava Limanından çarter uçuşları yavaş-yavaş başlayıb:

“Aeroportdan normal uçuşların həyata keçirilməsi həm əfqan xalqı, həm beynəlxalq ictimaiyyət, həm də “Taliban” üçün vacibdir.

Məzari-Şərifdən başlaması planlaşdırılan uçuşların hələ də baş tutmaması məsələsini yaxından izləyirik”.

Prays vurğulayıb ki, 31 avqustdan sonra Əfqanıstandan 36 ABŞ vətəndaşı və ABŞ-da yaşamaq icazəsinə malik 24 nəfər təxliyyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...