Rusiyadan Əfqanıstanla bağlı ABŞ-a tələb | Eurasia Diary - ednews.net

19 Oktyabr, Çərşənbə axşamı

Rusiyadan Əfqanıstanla bağlı ABŞ-a tələb

Dünya A- A A+

“Əfqanıstanın qarşıdurmalardan sonra yenidən qurulması üçün lazım olan maliyyənin böyük qismini ABŞ və müttəfiqləri öz üzərinə götürməlidir”.

EDNews.net xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Hər şeydən əvvəl Əfqanıstandakı mövcud vəziyyətə görə son 20 ildir bu ölkədə olan ABŞ və beynəlxalq koalisiya ölkələrinin məsuliyyət daşıdığını əsas götürürük.

 Məhz bu səbəbdən Əfqanıstanın qarşıdurmadan sonra yenidən qurulması və yaralarının sağalması üçün lazım olan maliyyənin böyük hissəsini bu ölkələr verməlidir”, - XİN rəsmisi bildirib.

Zaxarova əfqan qaçqınları hansı ölkələrin qəbul etməli olduğu ilə bağlı sualı da cavablandırıb:

“Bu öhdəliyi Əfqanıstanın necə yaşamalı olduğunu bilən, bu ölkənin xalqına vədlər verən, onları bir yerlərə sürükləyən və 20 il boyunca verdiyi vədləri indi həyata keçirməli olan ölkələr öhdələrinə götürməlidirlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...