Türkiyə meşələrini indi də ildırım yandırır - Üç gündə 37 yanğın | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Türkiyə meşələrini indi də ildırım yandırır - Üç gündə 37 yanğın

Dünya A- A A+

Türkiyənin Muğla şəhərində ildırım çaxması nəticəsində 3 gündə 37 yanğın baş verib. 

EDNews.net xəbər verir ki, Muğla Meşə Region Müdirliyindən verilən məlumata görə, məlum  yanğınlardan 32-si meşələrdə, 5-i isə əkin sahələrində baş verib.

14-16 Sentyabr tarixləri arasında Muğla və rayonlarında aramsız yağan leysan yağışları şiddətli şimşək çaxmalarına səbəb olub. Milas, Yatağan, Menteşe, Ula, Marmaris, Köyceğiz, Dalaman, Fethiye və Seydikemer bölgələrində ildırım çaxması nəticəsində 3 gündə cəmi 37 yanğın olub. 

Bildirilib ki, 2 vertolyotla edilən müdaxilə nəticəsində yanğın söndürülüb. Ümumilikdə isə 4 hektardan çox ərazi yanıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...