Mülki şəxslərin olduğu "Crew Dragon" kosmik gəmisi Atlantik okeanına enib | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Mülki şəxslərin olduğu "Crew Dragon" kosmik gəmisi Atlantik okeanına enib

Dünya A- A A+

İlk dəfə heyət üzvü mülki şəxslərdən ibarət olan “Crew Dragon” kosmik gəmisi ABŞ-ın Florida ştatının sahillərində Atlantik okeanına enib.

EDNews.net TASS-a istinadən xəbər verir ki, proses “SpaceX” şirkətinin saytında da yayımlanıb.

Kommersiya məqsədli “Inspiration4” missiyası çərçivəsində kosmosa göndərilən gəmi yerli vaxtla təxminən saat 19:00-da atmosferə daxil olub, bir neçə dəqiqədən sonra əsas paraşütləri açılıb.

Kosmik gəmi yerətrafı orbitdə təxminən üç gün qalıb. Bu müddət ərzində ekipaj üzvləri bir sıra elmi araşdırmalar aparıblar. Təcrübələr əsasən çəkisizliyin insan orqanizminə təsiri ilə bağlı olub.

Uçuş zamanı kosmik gəmi Beynəlxalq Kosmik Stansiyanın orbitindən də (təxminən 420 km) yüksək olan 590 km yüksəkliyə çatıb. “SpaceX” qeyd edir ki, insanların olduğu kosmik gəmi sonuncu dəfə bu qədər yüksək orbitə 2009-cu ildə qalxıb. Həmin vaxt “Atlantis” gəmisinin ekipajı “Hubble” kosmik teleskopuna xidmət məqsədilə orbiti 578 km-ə çatan yüksəkliyə qalxmışdılar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...