Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus Əfqanıstanın paytaxtı Kabilə səfər edib.
EDNews.net Unikal.org-a istinadən xəbər verir ki, səfər çərçivəsində Qebreyesusun "Taliban" nümayəndələri ilə görüşəcəyi vurğulanıb.
Əsas müzakirə mövzusunun Dünya Bankının Əfqanıstan səhiyyəsinə ayırdığı yardımın dayandırılmasının qarşısının alınması olacağı bildirilib.