ABŞ-da əfqan qaçqınlar amerikalı hərbçiyə hücum ediblər - ednews.net

5 Dekabr,

ABŞ-da əfqan qaçqınlar amerikalı hərbçiyə hücum ediblər

Dünya A- A A+

ABŞ əsgəri Nyu-Meksiko ştatında yerləşən hərbi bazada müvəqqəti saxlanılan bir qrup əfqan qaçqının hücumuna məruz qaldığını iddia edib.

 EDNews.net APA-ya istinadən xəbər verir ki, bu barədə obyektin komandirləri bildiriblər.

“Təsdiq edə bilərik ki, bir qadın hərbi qulluqçu 19 sentyabrda Nyu-Meksikodakı Donya Ana kompleksində təxliyə olunmuş və kişilərdən ibarət kiçik qaçqın qrupu tərəfindən hücuma məruz qalması barədə məlumat verib”, - deyə məlumatda qeyd olunub.

İnsidentin araşdırılması ilə FTB məşğuldur, təfərrüatlar barədə hələlik açıqlama verilməyib. Komandanlıq zərərçəkmişə dərhal lazımi yardım göstərildiyini və bazada təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...