İraqın sünni və şiə icmalarından olan 300-dən çox fəal və lider İraq Kürd Muxtar Vilayətində bir araya gəlib.
EDNews.net xəbər verir ki, icma nümayəndələri İsraillə münasibətlərin tam normallaşdırılmasına çağırış ediblər:
“Biz tələb edirik ki, İraq İbrahim Razılaşmasına beynəlxalq səviyyədə qoşulsun. Biz İsraillə diplomatik münasibətlərin tam bərpasına çağırırıq”.
Görüşü ABŞ-ın Sülh Kommunikasiyaları Mərkəzi təşkil edib.